Azərbaycan və Oman tranzit sektorunda birgə fəaliyyəti müzakirə edib
- 08 oktyabr, 2025
- 11:08

Azərbaycan və Oman arasında tranzit sektorunda birgə fəaliyyət müzakirə edilib.
"Report" əbər verir ki, bunu itisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Omana işgüzar səfərimiz zamanı bu ölkənin iqtisadiyyat naziri cənab Səid bin Məhəmməd bin Əhməd Al Saqri ilə görüşmək xoş oldu. İqtisadi əlaqələrin gücləndirilməsi, ticarət və investisiya sahələrində əməkdaşlıq potensialının reallaşdırılması, enerji, sənaye zonaları, turizm, KOB və tranzit sektorunda birgə fəaliyyətin təşviqi imkanlarını nəzərdən keçirdik. Azərbaycanın yüksək tranzit səmərəliliyinə malik coğrafi mövqeyinin xarici sərmayələr üçün yaratdığı əlverişli imkanlar barədə fikirlərimizi bölüşdük", - deyə o qeyd edib.
#Oman Sultanlığına işgüzar səfərimiz zamanı bu ölkənin iqtisadiyyat naziri cənab Səid bin Məhəmməd bin Əhməd Al Saqri (@SaidAlsaqri) ilə görüşmək xoş oldu.
— Mikayil Jabbarov (@MikayilJabbarov) October 8, 2025
İqtisadi əlaqələrin gücləndirilməsi, #ticarət və #investisiya sahəsində əməkdaşlıq potensialının reallaşdırılması, #enerji,… pic.twitter.com/o3sXSZQOVe