Azərbaycan Ukraynaya kivi ixracını bərpa edib
- 14 noyabr, 2025
- 12:32
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 1,82 milyon ABŞ dolları dəyərində 2 452 ton kivi idxal edib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 10 %, kəmiyyət olaraq – 12 % azdır.
Azərbaycan İrandan 1,61 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 15 % az) 2 298 ton (-15 %), Çilidən 107 min ABŞ dolları dəyərində (+37 %) 77 ton (+38 %), Çindən 84 min ABŞ dolları dəyərində (+5,6 dəfə) 75 ton (+15 dəfə), İtaliyadan 15,4 min ABŞ dolları dəyərində (+4 dəfə) 1,9 ton (+4 dəfə), Yeni Zelandiyadan 1,92 min ABŞ dolları dəyərində (-67 %) 0,21 ton (-71 %) məhsul alıb.
Hesabat dövründə Azərbaycan 121 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 80 ton (+7 %) kivi ixrac edib.
Azərbaycan Ukraynaya 66 min ABŞ dolları dəyərində 24,1 ton, Rusiyaya 39,15 min ABŞ dolları dəyərində (+3 dəfə) 37,43 ton (+2 dəfə) və Qazaxıstana 15,36 min ABŞ dolları dəyərində (-65 %) 18,35 ton (-69 %) məhsul satıb.
Azərbaycan 1 il 11 aylıq fasilənin ardından Ukraynaya kivi tədarükünü bərpa edib.