Azərbaycan Tanzaniyadan avokado alışını 109 dəfə artırıb
- 03 sentyabr, 2025
- 15:28

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 1,7 milyon ABŞ dolları dəyərində 536 ton avokado (təzə və ya qurudulmuş) idxal edib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 28 %, kəmiyyət olaraq – 13 % çoxdur.
Hesabat dövründə Azərbaycan Perudan 837 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 18 % çox) 253 ton (+10 %), Birləşmiş Tanzaniyadan 259 min ABŞ dolları dəyərində (+69 dəfə) 83 ton (+109 dəfə), Keniyadan 171 min ABŞ dolları dəyərində (+6 dəfə) 45 ton (+5 dəfə), Mərakeşdən 101,7 min ABŞ dolları dəyərində (+7 dəfə) 28,5 ton (+10 dəfə), Türkiyədən 81,8 min ABŞ dolları dəyərində (-63 %) 54,5 ton (-62 %) avokado alıb.
2024-cü ildə Azərbaycana idxal edilmiş 832 ton avokadonun 45 %-i Türkiyənin, 38 %-i Perunun payına düşüb.