Azərbaycan Perudan istiot alışını bərpa edib
- 28 noyabr, 2025
- 10:17
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 3,6 milyon ABŞ dolları dəyərində 804 ton istiot idxal edib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 43 %, kəmiyyət olaraq – 25 % çoxdur.
Hesabat dövründə Azərbaycan Vyetnamdan 1,8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 77 % çox) 296 ton (+24 %), Türkiyədən 600 min ABŞ dolları dəyərində (-3 %) 103 ton (-23 %), İrandan 448 min ABŞ dolları dəyərində (+3 dəfə) 111 ton (+3 dəfə), Özbəkistandan 321 min ABŞ dolları dəyərində (+73 %) 146 ton (+66 %), Hindistandan 220 min ABŞ dolları dəyərində (+34 %) 102 ton (+47 %) məhsul alıb.
Azərbaycan 6 il 2 aylıq fasilənin ardından Perudan istiot tədarükünü (0,42 min ABŞ dolları dəyərində 0,04 ton) bərpa edib.
2024-cü ildə Azərbaycana idxal edilmiş 885 ton istiotun 34 %-i Vyetnamın, 23 %-i Türkiyənin, 14 %-i Özbəkistanın payına düşüb.