Azərbaycan Moldovaya yerkökü və şalğam tədarükünü bərpa edib
- 08 dekabr, 2025
- 16:07
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 1 milyon 44 min ABŞ dolları dəyərində 2 247,9 ton yerkökü və şalğam (təzə və soyudulmuş) ixrac edib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 1,1 %, kəmiyyət olaraq – 5 % azdır.
Hesabat dövründə Azərbaycan Rusiyaya 471,4 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 36 % az) 1 267 ton (-18 %), Ukraynaya 255 min ABŞ dolları dəyərində (+51 %) 509 ton (-2 %), Belarusa 244 min ABŞ dolları dəyərində (+3,5 dəfə) 343 ton (+2 dəfə), Moldovaya 37,5 min ABŞ dolları dəyərində 72,7 ton, Səudiyyə Ərəbistanına 18,5 min ABŞ dolları dəyərində (-40 %) 56 ton (-55 %) məhsul satıb.
Azərbaycan 4 il 10 aylıq fasilənin ardından Moldovaya tədarükü bərpa edib.
2024-cü ildə Azərbaycandan ixrac edilmiş 2,36 min ton yerkökü və şalğamın 65 %-i Rusiyanın payına düşüb.