Azərbaycan Kanadaya nar ixracını bərpa edib

Biznes
  • 13 fevral, 2026
  • 15:24
Azərbaycan Kanadaya nar ixracını bərpa edib

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 31,4 milyon ABŞ dolları dəyərində 32 min 107 ton nar ixrac edib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 22 %, kəmiyyət olaraq – 9,4 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 26,9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 19 % çox) 26 min 476 ton (+4 %), Ukraynaya 2 milyon ABŞ dolları dəyərində (+47 %) 2 min ton (+43 %), Gürcüstana 1,5 milyon ABŞ dolları dəyərində (+59 %) 2 min 480 ton (+61 %), Qazaxıstana 437,4 min ABŞ dolları dəyərində (-5 %) 630 ton (+6 %), Belarusa 340 min ABŞ dolları dəyərində (+79 %) 298 ton (+32 %) məhsul satıb.

Azərbaycan 1 il 9 aylıq fasilənin ardından Kanadaya tədarükü (2,6 min ABŞ dolları dəyərində 2,1 ton) bərpa edib.

Son xəbərlər

Bütün Xəbər Lenti