Azərbaycan Hindistana karbamid tədarükünü bərpa edib
- 17 noyabr, 2025
- 17:18
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 131,9 milyon ABŞ dolları dəyərində 426 min 911 ton karbamid ixrac edib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 47 %, kəmiyyət olaraq – 4,5 % çoxdur.
Hesabat dövründə Azərbaycan Ukraynaya 101,5 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 2,2 dəfə çox) 323 min 643 ton (+47 %), Kanadaya 12,9 milyon ABŞ dolları dəyərində 45 min 588 ton (1 il əvvəl tədarük olmayıb), Argentinaya 6,1 milyon ABŞ dolları dəyərində (+9 dəfə) 22 min 408 ton (+8 dəfə), Hindistana 4,7 milyon ABŞ dolları dəyərində 13 min ton, Türkiyəyə 2,8 milyon ABŞ dolları dəyərində (-84 %) 8 min 289 ton (-90 %) məhsul satıb.
Azərbaycan 3 ilin tamamında Hindistana karbamid tədarükünü bərpa edib.
2024-cü ildə Azərbaycandan ixrac edilmiş 564 922 ton karbamidin 50 %-i Ukraynanın payına düşüb.