Azərbaycan Gürcüstandan şərab idxalını 41% artırıb
Biznes
- 09 iyul, 2021
- 06:33
Bu ilin I yarısında Azərbaycan Gürcüstandan 133 391 şüşə şərab idxal edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Şərab Agentliyindən bildirilib.
Məlumata əsasən, bu, illik müqayisədə 41 % çoxdur.
Hesabat dövründə Gürcüstandan 56 ölkəyə 46,4 milyon şüşə şərab ixrac olunub ki, bu da ötən ilin eyni göstəricisindən 13 % çoxdur. İxracdan əldə olunan gəlir isə 104 milyon ABŞ dolları (+7 %) təşkil edib.
Yanvar-iyunda ən çox gürcü şərabı idxal edən ölkələrin sırasında Polşa (2 864 152 şüşə), Çin (2 762 922 şüşə), Litva (245 940 şüşə), Latviya (809 106 şüşə), ABŞ (502 353 şüşə), Almaniya (364 459 şüşə), Estoniya (348 538 şüşə) və Böyük Britaniya (283 830 şüşə) ilk yerləri tutub.
Son xəbərlər
14:39
Energetika naziri Qubada vətəndaşları qəbul edəcək
Energetika14:38
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərib
Energetika14:36
Azərbaycanın əməkdar məşqçisi vəfat edib
Fərdi14:35
Foto
Azərbaycan Monqolustanla davamlı şəhər inkişafını müzakirə edib
İnfrastruktur14:34
"Özbəkneftqaz" Qazlidə 21 yatağın inkişafını maliyyələşdirəcək
Region14:32
"Qarabağ" Premyer Liqadakı oyunlarını da Respublika stadionunda keçirəcək
Futbol14:32
Uşaq hüquqları ilə bağlı yeni qanun layihəsi parlamentə daxil olub
Milli Məclis14:30
"Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması ilə bağlı hallar" dəyişib
İnfrastruktur14:24