Azərbaycan Gürcüstandan avtomobil alışını 40 % azaldıb

Biznes
  • 21 noyabr, 2025
  • 15:17
Azərbaycan Gürcüstandan avtomobil alışını 40 % azaldıb

Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycana 181 milyon ABŞ dolları dəyərində 6 771 ədəd avtomobil ixrac edib.

"Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 29 %, kəmiyyət olaraq - 40 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrə 2 milyard 287 milyon ABŞ dolları dəyərində 92 713 ədəd avtomobil satıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 14 % və 5 % çoxdur.

Bu ilin ilk 10 ayında Gürcüstandan Qırğızıstana 1 milyard 166 milyon ABŞ dolları dəyərində 35 225 ədəd, Qazaxıstana 639,23 milyon ABŞ dolları dəyərində 37 093 ədəd, Tacikistana 118 milyon ABŞ dolları dəyərində 5 578 ədəd, Özbəkistana 60,5 milyon ABŞ dolları dəyərində 2 081 ədəd avtomobil tədarük edilib.

Xatırladaq ki, 2024-cü ildə Gürcüstan 2,4 milyard ABŞ dolları dəyərində 106 051 ədəd avtomobil ixrac edib ki, bunun da 290 milyon ABŞ dolları dəyərində 12 849 ədədi Azərbaycanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti