Azərbaycan Gürcüstandan avtomobil alışını 38 % azaldıb

Biznes
  • 21 oktyabr, 2025
  • 15:36
Azərbaycan Gürcüstandan avtomobil alışını 38 % azaldıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycana 170,5 milyon ABŞ dolları dəyərində 6 367 ədəd avtomobil ixrac edib.

"Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 24 %, kəmiyyət olaraq - 38 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrə 2 milyard ABŞ dolları dəyərində 82 527 ədəd avtomobil satıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 14 % və 5 % çoxdur.

Bu ilin ilk 9 ayında Gürcüstandan Qırğızıstana 1 milyard ABŞ dolları dəyərində 31 371 ədəd, Qazaxıstana 567 milyon ABŞ dolları dəyərində 33 375 ədəd, Tacikistana 88,8 milyon ABŞ dolları dəyərində 4 296 ədəd, Özbəkistana 51,5 milyon ABŞ dolları dəyərində 1 815 ədəd avtomobil tədarük edilib.

Xatırladaq ki, 2024-cü ildə Gürcüstan 2,4 milyard ABŞ dolları dəyərində 106 051 ədəd avtomobil ixrac edib ki, bunun da 290 milyon ABŞ dolları dəyərində 12 849 ədədi Azərbaycanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti