Azərbaycan əsas tədarük bazarına mandarin satışını kəskin artırıb

Biznes
  • 07 yanvar, 2026
  • 12:00
Azərbaycan əsas tədarük bazarına mandarin satışını kəskin artırıb

Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycan 4,2 milyon ABŞ dolları dəyərində 5 min 815 ton mandarin idxal edib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 48 %, kəmiyyət olaraq – 50 % azdır.

Hesabat dövründə Azərbaycan Türkiyədən 3,55 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 37 % az) 4 min 914 ton (-39 %), İrandan 375 min ABŞ dolları dəyərində (+65 %) 521 ton (+61 %), Misirdən 130 min ABŞ dolları dəyərində (-46 %) 162 ton (-47 %), Pakistandan 86 min ABŞ dolları dəyərində (-54 %) 107,5 ton (-55 %), Cənubi Afrikadan (CAR) 47 min ABŞ dolları dəyərində (+2 %) 59 ton (+5 %) məhsul alıb.

Hesabat dövründə Azərbaycan 372 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 841 ton (+2,5 dəfə) mandarin ixrac edib.

Azərbaycan Rusiyaya 371,1 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 839,8 ton (+2,5 dəfə) və Qazaxıstana 0,5 min ABŞ dolları dəyərində 1 ton (1 il əvvəl tədarük olmayıb) məhsul satıb.

2024-cü ildə Azərbaycandan ixrac edilmiş 2 min 342,7 ton mandarinin 98,6 %-i Rusiyanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti