Azərbaycan daha bir ölkəyə badam tədarük etməyə başlayıb

Biznes
  • 12 noyabr, 2025
  • 15:19
Azərbaycan daha bir ölkəyə badam tədarük etməyə başlayıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan xarici ölkələrə 2,2 milyon ABŞ dolları dəyərində 718,5 ton badam göndərilib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2 dəfə və kəmiyyət olaraq – 2,7 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 856 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 7,8 dəfə çox) 154 ton (+6 dəfə), Özbəkistana 544 min ABŞ dolları dəyərində (+41 %) 308 ton (+2,3 dəfə), Türkiyəyə 398 min ABŞ dolları dəyərində (-31 %) 126 ton (+15 %), İtaliyaya 290 min ABŞ dolları dəyərində 71 ton (bir il əvvəl tədarük olmayıb), Gürcüstana 102 min ABŞ dolları dəyərində 59 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.

Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Niderlanda tədarük (0,24 min ABŞ dolları dəyərində 0,04 ton) həyata keçirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti