Azərbaycan daha bir ölkədən meyvə ağacları tədarük etməyə başlayıb
- 09 dekabr, 2025
- 15:07
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 18,3 milyon ABŞ dolları dəyərində 7 milyon 693 min ədəd ağac, kol və kolluq (yeməli bar gətirən) idxal edib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 28 %, kəmiyyət olaraq – 39 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 11 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 31 % çox) 5 milyon 400 min ədəd (+42 %), İtaliyadan 2,2 milyon ABŞ dolları dəyərində (-25 %) 336,5 min ədəd (-33 %), İspaniyadan 1,5 milyon ABŞ dolları dəyərində (+73 %) 281 min ədəd (+55 %), Fransadan 1,5 milyon ABŞ dolları dəyərində (+5 dəfə) 470 min ədəd (+13 dəfə), Belçikadan 692 min ABŞ dolları dəyərində (+29 %) 106 min ədəd (+10 dəfə) məhsul alıb.
Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Tunisdən tədarük (84 min ABŞ dolları dəyərində 10 min ədəd) həyata keçirilib.