Azərbaycan Braziliya ilə gömrük sahəsində qarşılıqlı inzibati yardım sazişi imzalayıb

Biznes
  • 14 noyabr, 2025
  • 15:56
Azərbaycan Braziliya ilə gömrük sahəsində qarşılıqlı inzibati yardım sazişi imzalayıb

Braziliyanın Manaus şəhərində Azərbaycanın Dövlət Gömrük Komitəsi ilə Braziliya Federal Gəlirlər Xidmətinin Gömrük Administrasiyası arasında "Gömrük işi sahəsində qarşılıqlı inzibati yardım haqqında Saziş" imzalanıb.

"Report" bu barədə Komitəyə istinadən xəbər verir.

Məlumata görə, hökumətlərarası sazişi qurumun sədri Şahin Bağırov və Braziliya Gömrük Administrasiyasının rəhbəri Fabiano Koelho imzalayıblar.

Bu sənəd iki ölkə arasında gömrük işi sahəsində əməkdaşlığın genişləndirilməsi, ticarətin asanlaşdırılması, gömrük nəzarətinin səmərəliliyinin artırılması və beynəlxalq ticarət-təchizat zəncirinin təhlükəsizliyinin təmin edilməsi məsələlərində əhəmiyyət kəsb edir.

İmzalanan sazişin məqsədi gömrük məsələləri üzrə qarşılıqlı dəstək göstərmək, hüquqpozmaların qarşısının alınması və araşdırılması sahəsində inzibati yardım mexanizmini formalaşdırmaq, gömrük orqanları arasında məlumat və təcrübə mübadiləsini həyata keçirmək, eyni zamanda texniki əməkdaşlığın dərinləşdirilməsi, qabaqcıl idarəetmə və nəzarət üsullarının paylaşılması və gömrük prosedurlarının təkmilləşdirilməsi sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

Son xəbərlər

Bütün Xəbər Lenti