Azərbaycan Almaniyadan kahı tədarükünü bərpa edib
- 28 noyabr, 2025
- 10:41
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana xarici ölkələrdən 901,4 min ABŞ dolları dəyərində 1 268,8 ton kahı gətirilib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 24 %, kəmiyyət olaraq – 22 % çoxdur.
Hesabat dövründə Azərbaycan İrandan 894,7 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 24 % çox) 1 268,1 ton (+23 %), İspaniyadan 5 min ABŞ dolları dəyərində 0,5 ton (bir il əvvəl tədarük olmayıb), Niderlanddan 0,9 min ABŞ dolları dəyərində 0,1 ton (bir il əvvəl tədarük olmayıb), İtaliyadan 0,35 min ABŞ dolları dəyərində 0,02 ton (bir il əvvəl tədarük olmayıb), Birləşmiş Ərəb Əmirliklərindən 0,2 min ABŞ dolları dəyərində 0,03 ton (1 il əvvəl tədarük olmayıb) məhsul alıb.
Azərbaycan 8 il 5 aylıq fasilənin ardından Almaniyadan kahı tədarükünü (0,15 min ABŞ dolları dəyərində 0,01 ton) bərpa edib.