Azərbaycan alkoqollu və alkoqolsuz içkilərin idxalı ilə bağlı xərclərini 15 %-dən çox artırıb

Biznes
  • 22 noyabr, 2025
  • 16:42
Azərbaycan alkoqollu və alkoqolsuz içkilərin idxalı ilə bağlı xərclərini 15 %-dən çox artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 96,977 milyon ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə idxal edib.

"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,3 % çoxdur.

Hesabat dövründə Azərbaycan həmçinin 58,185 milyon ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 2 % azdır.

Bu məhsulların idxalı Azərbaycanın ümumi idxalının 0,50 %-ni, ixrac isə ölkənin ümumi ixracının 0,27 %-ni təşkil edib.

Xatırladaq ki, 10 ayda Azərbaycan xarici ölkələrlə 40 milyard 862 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 3,8 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 21 milyard 637 milyon ABŞ dolları ixracın, 19 milyard 225 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 4,9 % azalıb, idxal isə 15,6 % artıb.

Son xəbərlər

Bütün Xəbər Lenti