Azərbaycan 4 ölkəyə armud satmağa başlayıb

Biznes
  • 12 noyabr, 2025
  • 14:10
Azərbaycan 4 ölkəyə armud satmağa başlayıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 3,45 milyon ABŞ dolları dəyərində 5 min 384 ton armud ixrac edib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 34 %, kəmiyyət olaraq – 26 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 3,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 33 % çox) 5 min 109 ton (+26 %), Qazaxıstana 72 min ABŞ dolları dəyərində (-27 %) 150 ton (-28 %), Qətərə 24,8 min ABŞ dolları dəyərində (+2,6 dəfə) 15,72 ton (+73 %), Belarusa 20,6 min ABŞ dolları dəyərində 26 ton (1 il əvvəl tədarük olmayıb), Birləşmiş Ərəb Əmirliklərinə 15,5 min ABŞ dolları dəyərində (+2 dəfə) 38,8 ton (+5 dəfə) məhsul satıb.

Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə Gürcüstana (2,5 min ABŞ dolları dəyərində 5 ton), Moldovaya (0,8 min ABŞ dolları dəyərində 1,6 ton), Monqolustana (5,6 min ABŞ dolları dəyərində 7 ton) və Türkiyəyə (12,8 min ABŞ dolları dəyərində 17 ton) tədarük həyata keçirilib.

2024-cü ildə Azərbaycandan ixrac edilmiş 9,1 min ton armudun 95 %-i Rusiyanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti