"Aqro-Vest DC" şəhid ailələrinə və müharibə əlillərinə bayram sovqatı paylayıb

Biznes
  • 23 dekabr, 2025
  • 13:00
Aqro-Vest DC şəhid ailələrinə və müharibə əlillərinə bayram sovqatı paylayıb

"Aqro-Vest DC" şirkəti 2026-cı ilin gəlişi və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Bakı şəhərinin müxtəlif rayonlarında yaşayan şəhid ailələrinə və müharibə əlillərinə qida məhsullarından ibarət bayram sovqatı verib.

Şirkətin əməkdaşları II Qarabağ savaşı şəhidlərinin ailə üzvlərinin və müharibə əlillərinin yaşadıqları ünvanlara gedərək onlarla söhbət edib və bayramlaşıblar.

Bildirilib ki, Vətən torpaqları uğrunda canından keçən şəhidlərimizin ailə üzvlərinə, sağlamlığını itirən müharibə əlillərinə diqqət və qayğı hər birimizin mənəvi borcudur.

Şirkət şəhidlərimizə Allahdan rəhmət, ailə üzvlərinə və müharibə əlillərinə isə cansağlığı diləyir, onları qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edir!

Son xəbərlər

Bütün Xəbər Lenti