4SİM: 2030-cu ilə qədər bugünkü peşələrin səriştəlilik tələblərinin 40 %-i modifikasiyaya uğrayacaq

Biznes
  • 02 dekabr, 2025
  • 10:27
4SİM: 2030-cu ilə qədər bugünkü peşələrin səriştəlilik tələblərinin 40 %-i modifikasiyaya uğrayacaq
Soltan Bayramov

2030-cu ilə qədər bugünkü peşələrin səriştəlilik tələblərinin 40 %-i modifikasiyaya uğrayacaq.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktorunun müavini Soltan Bayramov "4Sİ Akademiyası - Milli Proqram"ın yarım illik nəticələrinə dair təqdimatda bildirib.

Onun sözlərinə görə, bu çağırış həm qlobal iqtisadiyyatlar, həm də Azərbaycan iqtisadiyyatı üçün ciddi bir çağırışdır: "Təsadüfü deyil ki, insan kapitalının inkişafı Azərbaycanda dövlət siyasətinin önəmli bir tərkib hissəsini təşkil edir. Əgər biz 2030-cu il Azərbaycanın 5 milli prioritetinə diqqət yetirsək, onlardan biri məhz rəqabətli insan kapitalı hazırlanması və müasir innovasiyalar mərkəzinə çevrilməklə bağlı qoyulan bir məqsəddir. Məhz bu məqsədə xidmət edərək, 4SİM olaraq, Dünya İqtisadi Forumunun bir neçə təşəbbüsünü Azərbaycana gətirmişik. Bunlardan biri "Skills Accelerator" bacarıqların sürətləndirməsi platformasıdır. Bu platforma dövlət özəl tərəfdaşların, maraqlı tərəflərin həm dialoqunu təmin edir, həmçinin 50-dən çox tərəfdaşının iştirakı ilə cari vəziyyəti təhlil etmək üçün sorğular, təhlillər həyata keçirir. Bu təhlillər nəticəsində, beynəlxalq metodologiya əsasında yenə də Dünya İqtisadi Forumunun dəstəyi ilə bizə təqdim olunacaq metodologiya əsasında yol xəritəsi hazırlanacaq ki, bu yol xəritəsində də həm dövlət qurumlarının, həm də özəl sektor oyunçularının hər birinin özünə məxsus rolu olacaq".

S.Bayramov əlavə edib ki, "4Sİ Akademiyası - Milli Proqram" üzrə ötən dövr ərzində nəzərə çarpacaq nəticələr əldə olunub: "Əgər biz 2024-cü ilin məlumatlarına nəzər yetirsək, onda şahid olacağıq ki, bir istifadəçimiz 6 həftə ərzində ortalama 3 saat öyrənməyə zaman keçiribsə bu gün bu artıq mən yuvarlaq olaraq deyim, təxminən 9 saata bərabərdir. Bu deməkdir ki, istifadəçilərimiz 3 dəfə daha çox vaxt keçirir, bunun əhəmiyyətini, önəmini daha yaxşı anlayırlar. Bu da düşünürəm ki, növbəti ildə tərəfdaşlarımızla birlikdə layihənin ömrünü uzatmaq üçün əlavə stimul rolunu oynayacaq".

Son xəbərlər

Bütün Xəbər Lenti