Fransada Olimpiya məşəlinin estafetinə çoxsaylı müdaxilə cəhdlərinin qarşısı alınıb
Avropa Oyunları
- 14 may, 2024
- 13:39
Fransa hüquq-mühafizə orqanlarının əməkdaşları Olimpiya məşəlinin estafetinə 32 müdaxilə cəhdinin qarşısını alıblar.
“Report” xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri (DİN) Jerald Dermanen “X” sosial şəbəkəsində paylaşım edib.
“Estafeti pozmaq üçün edilən 32 müdaxilə cəhdinin qarşısı alınıb, 20 pilotsuz uçuş aparatı zərərsizləşdirilib. Biz təhlükəsizliyi təmin etmək üçün səy göstərməyə davam edəcəyik”,- paylaşımda qeyd edilib.
Məlumata görə, Olimpiya məşəli mayın 8-də Marsel şəhərinə çatdırılıb.
Qeyd edək ki, marafon ölkə boyu, iki aydan çox davam edəcək və iyulun 26-da Olimpiya Oyunlarının açılış mərasimində Olimpiya məşəlinin alovlanması ilə başa çatacaq.
Son xəbərlər
09:00
Premyer Liqa: "Kəpəz" "Şamaxı" ilə "Neftçi" "Qarabağ"la üz-üzə gələcək
Futbol08:58
Narendra Modi oteldəki atışmadan sonra Trampa uğurlar arzulayıb
Digər ölkələr08:44
Starmer leyboristlərin 2029-cu ilin parlament seçkilərində qalib gələ biləcəyini bildirib
Digər ölkələr08:20
Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Digər ölkələr08:03
ABŞ-nin ədliyyə naziri: Trampın qəbulunda baş verən atışma ilə bağlı istintaq davam edir
Digər ölkələr07:40
Kolumbiyada terror aktı nəticəsində 14 nəfər həlak olub
Digər ölkələr07:18
Foto
Video
Tramp Vaşinqtonda atışmada şübhəli bilinən şəxsin foto və videolarını paylaşıb
Digər ölkələr07:10
Tramp: Vaşinqton qəbul zamanı atəş açan şəxsin bir neçə silahı olub
Digər ölkələr07:03