"ASAN xidmət" könüllüləri I Avropa Oyunlarına dəstək aksiyası keçirəcəklər

Avropa Oyunları
  • 08 iyun, 2015
  • 11:50
ASAN xidmət könüllüləri I Avropa Oyunlarına dəstək aksiyası keçirəcəklər

Bakı. 8 iyun. REPORT.AZ/ "Bakı 2015" ilk Avropa Oyunlarında iştirak edəcək Azərbaycan idmançılarına dəstək məqsədilə "ASAN xidmət" könüllüləri aksiya keçirəcəklər. "Report"un məlumatına görə, könüllülər iyunun 9-da velosiped yarışında mübarizə aparacaqlar.

Veloparkda keçiriləcək yarışda Bakı və Sumqayıt şəhərlərinin "ASAN xidmət" mərkəzlərinin 40 könüllüsü iştirak edəcək. Tərkibində 2 oğlan və 2 qız velosipedçi olacaq komandalar estafet sistemi üzrə yarışacaqlar. Yarış saat 11:00-da başlanacaq.