Zərdabda barama tədarükünə başlanılıb
ASK
- 09 iyun, 2026
- 15:16
Bu gündən etibarən, Zərdab rayonunda barama tədarükünə başlanılıb.
"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, iyunun 9-da 30-a yaxın kümçü 1 kiloqramı 11 manatdan hesablanmaqla təqribən 1,5 ton baramanı tədarük məntəqəsinə təhvil verib.
Qeyd olunub ki, rayon kümçülərinə 1 kq barama üçün ödənilən 11 manatın 5 manatı tədarükçü, 6 manatı isə dövlət tərəfindən subsidiya şəklində təqdim olunur.
Bildirilib ki, cari ildə rayona 650 qutu barama qurdu gətirilib və 253 kümçü arasında bölüşdürülüb. Zərdabda 2025-ci ildə 32 ton təşkil edən barama istehsalının bu il daha da artacağı proqnozlaşdırılır.
Son xəbərlər
18:45
Emi Karlon: Azərbaycan ilə ABŞ arasında elm və təhsil sahəsində əməkdaşlıq münasibətləri möhkəmləndirir
İdman18:42
Elnur Eyvazlı: "Rəqəmsal fırıldaqçılıqla mübarizə üzrə tələblərə riayət etməyən qurumlar cərimələnəcək"
Maliyyə18:37
Ərdoğan CHP-ni sərt tənqid edib
Region18:25
Azər Bağırov: "Gəncədə hər şey ürəyimcə idi"
Futbol18:21
Avropanın yeni təhlükəsizlik doktrinası: Öz gücünə söykənən Aİ - ŞƏRH
Analitika18:18
Azərbaycanda gələn ildən "İndi al, sonra ödə" xidməti tətbiq edilə bilər
Maliyyə18:18
Bayram Beqay: Əminəm ki, Albaniya ilə Azərbaycan arasında əməkdaşlıq möhkəmlənəcək
Xarici siyasət18:12
Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verilib
Daxili siyasət18:10