Türkiyənin Tunceli vilayətində terror aktı: 3 yaralı

ASK
  • 14 avqust, 2015
  • 01:25
Türkiyənin Tunceli vilayətində terror aktı: 3 yaralı

Bakı. 14 avqust. REPORT.AZ/ PKK terrorçuları Türkiyənin Tunceli vilayətinin Pulumur rayonunda jandarmeriya bölməsinin qarşısında avtobusa quraşdırılan partlayıcı qurğunu işə salıblar.

"Report"un "Hürriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, Bakı saatı ilə 01.30-da baş verən partlayış nəticəsində təhlükəsizlik orqanlarının bir əməkdaşı ilə iki dinc sakin yaralanıb.

Terrorçuların yaxalanması üçün əməliyyat aparılır.