Nazirlik rəsmisi: "Azərbaycanda aqrar sahə üzrə idxal və ixrac balanslaşıb"

ASK
  • 08 dekabr, 2025
  • 11:45
Nazirlik rəsmisi: Azərbaycanda aqrar sahə üzrə idxal və ixrac balanslaşıb

Son 5 ildə Azərbaycanda aqrar sahə üzrə idxal və ixrac balanslaşıb.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müşaviri Zaur Əliyev Bakıda keçirilən "Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, xüsusən qeyri-neft-qaz ixracında və yaxud qeyri-neft-qaz sektoru xarici ticarət fəaliyyətində kənd təsərrüfatının rolu xüsusilə əhəmiyyətlidir: "Dinamikaya nəzər salsaq, aqrar sahə üzrə idxal və ixracın dəyəri son beş ildə balanslaşaraq 1 milyard ABŞ dolları məbləğində olub. Vurğulamaq istərdim ki, ixracda son illər ciddi artım müşahidə olunur və bu, bizi sevindirir. Çünki aqrar siyasət bir növ bunu təşviq edir. Məsələn, 2024-cü ildə aqrar məhsulların ixracı 2023-cü ilə nisbətən 43 % artıb. Bu müqayisəni 2015-ci illə aparsaq, artım 2,9 dəfəyə yaxındır. Yəni on il əvvəl idxal və ixrac fərqi daha böyük idisə, artıq balanslaşıb və bizim hədəflərimiz bu il, yaxud da növbəti ildə artıq müsbət saldoya çıxmaqdan ibarətdir".

Son xəbərlər

Bütün Xəbər Lenti