Nazir: "Azərbaycanda meyvə və giləmeyvə bağlarının sahəsi 10 % artıb"
- 13 noyabr, 2025
- 12:22
2024-cü ildə meyvə və giləmeyvə bağlarının sahəsi 2019-cu illə müqayisədə 10 % artıb.
"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən birgə iclasında bildirib.
Onun sözlərinə görə, 2024-cü ildə meyvə və giləmeyvə bağlarının sahəsi 2019-cu ildə müqayisədə 10 %, pampıq əkin sahəsi 2,7 % artıb: "Amma həmin dövrdə dənli və dənli paxlaların əkin sahəsi 4,8 % azalıb. Əkin strukturunda meyvə və giləmeyvə sahələrinin payının artması əlavə dəyərin artımı ilə yanaşı, əhalinin məşğulluğuna müsbət təsir göstərir".
Nazir qeyd edib ki, orta müddətli dövrdə bitkiçilik sahəsində məhsuldarlığın artırılması və dayanıqlı artıma nail olmaq üçün intensiv meyvə bağlarının salınmasının, müasir suarma sistemlərinin tətbiqinin, torpaqların dincə qoyulmasının dəstəklənməsi üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.