Məcnun Məmmədov Saatlıda vətəndaşları qəbul edəcək
ASK
- 01 mart, 2024
- 10:46
Martın 7-də, saat 09:00-da kənd təsərrüfatı naziri Məcnun Məmmədov Saatlı Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Saatlı və Sabirabad rayonlarından olan vətəndaşları qəbul edəcək.
“Report”un nazirliyə istinadən verdiyi məlumata görə, qəbulda vətəndaşların Nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyənlər DAİM-ə (051-733-16-08) müraciət edə bilərlər. Qəbula yazılmaq üçün, həmçinin nazirliyin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.
Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
Son xəbərlər
18:26
Türkiyədə yük avtomobili nəqliyyat vasitələrinə çırpılıb, ölən və yaralananlar var
Region18:22
Bakıda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İnfrastruktur18:06
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb
Futbol17:54
Azərbaycanın aparıcı sement istehsalçısı maliyyə vəziyyətini açıqlayıb
Maliyyə17:54
Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 43 %-ə yaxın artırıb
Biznes17:54
Pərvin Piriyev: "Bakıdakı mundialın təşkilatçılığı UWW və iştirakçı ölkələr tərəfindən yüksək qiymətləndirildi"
Fərdi17:50
Rəsmi Bakı Yamaykanın Müstəqillik Gününü təbrik edib
Xarici siyasət17:48
Münxendə izdihamın üzərinə maşın sürən şəxs ömürlük həbsə məhkum edilib
Digər ölkələr17:37