Məcnun Məmmədov kənd təsərrüfatı istehsalındakı azalmaya münasibət bildirib - EKSKLÜZİV

ASK
  • 22 sentyabr, 2025
  • 11:44
Məcnun Məmmədov kənd təsərrüfatı istehsalındakı azalmaya münasibət bildirib - EKSKLÜZİV
Məcnun Məmmədov

Bu ilin yanvar-avqust aylarının yekununda Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının dəyərinin ötən ilin eyni dövrü ilə müqayisədə az olması iqlim dəyişiklikləri ilə bağlıdır.

Bunu "Report"a açıqlamasında kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.

"Bizim son bir neçə ildə apardığımız siyasət daha çox dəyər yaradan meyvəçiliyə fokuslanıb və bu il meyvə ixracı 40 %-dən çox artıb. Yəni, aqrar sektorda azalma zamanla düzələcək, sadəcə periodik keçidə ehtiyac var", - deyə o qeyd edib.

Nazir əlavə edib ki, buğda istehsalında məhsuldarlıq ciddi şəkildə artıb: "Biz bunu rəqəmlərdə görürük".

Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında 9 milyard 424 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 % azdır.

Son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 2,5 % azalaraq 4 milyard 776 milyon manata düşüb, heyvandarlıq məhsullarının dəyəri isə 1,1 % artaraq 4 milyard 648 milyon manat təşkil edib.

Son xəbərlər

Bütün Xəbər Lenti