Gədəbəydə güzəştli şərtlərlə azot gübrəsi satılacaq

ASK
  • 27 mart, 2019
  • 14:14
Gədəbəydə güzəştli şərtlərlə azot gübrəsi satılacaq

Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC sabah Gədəbəy rayonunun Saratovka kəndinin inzibati ərazi nümayəndəliyinin binasında azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışını təşkil edəcək. 

Nazirlikdən “Report”a verilən məlumata görə, satışdan bu kəndə yaxın bütün ətraf kəndlər yararlana bilərlər.

Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yararlanaraq mineral gübrəni əldə edə bilərlər. Ətraflı məlumat almaq üçün (050) 378-03-30 nömrəli telefonla (Asəf Nağıyev, Gədəbəy Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru) əlaqə saxlaya bilərlər.