EKTİS-də 600 min hektara yaxın sahə üzrə payızlıq əkinlər bəyan edilib

ASK
  • 08 dekabr, 2025
  • 17:16
EKTİS-də 600 min hektara yaxın sahə üzrə payızlıq əkinlər bəyan edilib

Kənd Təsərrüfatı Nazirliyinin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) 600 min hektara yaxın sahə üzrə payızlıq əkinlər bəyan edilib.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, EKTİS-də payızlıq əkinlərin bəyan prosesinə sentyabrın 1-dən start verilib. Dekabrın 8-nə qədər ölkə üzrə taxıl səpinini başa çatdırmış 213 048 fermer öz əkinlərini bəyan edib. Bəyan edilmiş əkin sahələrinin ümumi sahəsi 599 803 hektardır.

Öz əkinlərini bəyan etmək istəyən fermerlərə bölgələrdə fəaliyyət göstərən Dövlət Aqrar İnkişaf Mərkəzlərində texniki dəstək göstərilir. Fermerlər məlumat bölməsindən müvafiq sıra növbəsi götürərək xidmət pəncərələrinə yaxınlaşaraq sənədlərini DAİM əməkdaşlarına təqdim edir, əməkdaşların köməyi ilə payızlıq əkinlərin EKTİS-də bəyan prosedurunu tamamlayırlar.

Xidmət pəncərələrinə yaxınlaşan fermerlərə əkinlərin bəyan proseduru, aqrokimyəvi analizlərin verilməsi qaydası, aqrar sığorta tələbi, monitorinqlərin keçirilməsi, subsidiyaların ödəniləcəyi tarixlər barədə geniş məlumat verilir.

Nazirlik bölgələrdə payızlıq əkinlərin bəyanı ilə əlaqədar məlumatlandırma sessiyalarını davam etdirir. Fermerlər həmçinin aqrar sahəyə dövlət dəstəyi mexanizmləri, bu sahədə tətbiq olunan yeni qaydalar, Aqrar Subsidiya Şurasının 2026-cı təsərrüfat ili üçün qəbul etdiyi qərarlar barədə məlumat əldə edirlər.

Respublika üzrə payızlıq əkinlərin bəyanı prosesi dekabrın 30-da başa çatacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti