Dövlət Agentliyi: Çörəyin bahalaşacağına dair məlumat həqiqəti əks etdirmir
ASK
- 30 aprel, 2026
- 16:56
Sosial şəbəkələrdə və internet informasiya resurslarında Azərbaycanda ərzaqlıq buğda və çörəyin bahalaşacağı, qıtlıq yaranacağı ilə bağlı yayılmış məlumat həqiqəti əks etdirmir.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirilib.
Məlumata əsasən, Agentlik un və un məmulatları bazarında mütəmadi monitorinqlər aparır, əhalinin istehlak səbətində yer alan strateji ərzaq məhsullarının qiymət dinamikasını daim diqqət mərkəzində saxlayır.
"Vətəndaşlara yalnız rəsmi mənbələrə etibar etmələri, sosial şəbəkələrdə yayılan təsdiqlənməmiş informasiyalara qarşı diqqətli olmaları tövsiyə edilir", - Agentlikdən bildirilib.
Son xəbərlər
20:45
Macarıstanda yeni konstitusiya hazırlanacaq, ümumxalq referendumu keçiriləcək
Digər ölkələr20:36
"Neftçi" Dünya Qadın Seriyasında yarımfinala yüksəlib
Komanda20:11
Ərdoğan ABŞ ilə İran arasında əldə olunan atəşkəsin bütün dünyaya təsir etdiyini bildirib
Region19:53
Foto
Naxçıvanda UFC döyüşçüsü Fərman Həsənovun ustad dərsi keçirilib
Fərdi19:34
Ş. Şərif: Münaqişələrin həlli üçün yeganə yol diplomatiyadır
Region19:19
Mali ordusu terrorçuların hücumlarından sonra vəziyyəti nəzarətə götürüb
Digər ölkələr19:01
Türkiyə və Qırğızıstan arasında birgə hərbi təlim keçirilib
Region18:45
"Al Hadath": ABŞ-İran danışıqları iyulun 11-də bərpa olunacaq
Digər ölkələr18:36
Foto