Biləsuvarda pambıq yığımı başlayıb
ASK
- 10 oktyabr, 2024
- 03:55
Biləsuvar rayonunda pambıq tarlalarında yığıma başlanılıb.
Bu barədə “Report”un Muğan bürosuna Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.
Məlumata görə, bu il rayonda 6 915,8 hektar sahədə pambıq əkilib. İndiyə qədər sahələrdən 420 ton məhsul toplanıb. Hər hektara görə, 31,2-32 sentner məhsul toplanacağı gözlənilir.
Ötən il sahələrdən 18 538,98 ton məhsul əldə olunub və orta məhsuldarlıq hər hektara 27,5 sentner təşkil edib.
Pambıq yığımına 52 maşın, 115 traktor və 265 yedəkli qoşqu cəlb olunub.
Yığımdan əvvəl pambıq kollarının yarpaqlarının tökülməsi məqsədilə tarlalarda defolvasiya işləri aparılıb.
Son xəbərlər
12:42
Azərbaycan və Yunanıstan təhsil sahəsində əməkdaşlığın inkişafını müzakirə edib
Xarici siyasət12:37
Ukrayna Krımda Rusiyaya məxsus kater bazasını vurub
Digər ölkələr12:37
Sərdar Hacıyev: 2026-cı ilin birinci yarımilində 16 mindən çox fermerə təlim keçirilib
ASK12:34
Vüsal Hüseynov: Azərbaycanda qanunsuz miqrasiya idarəolunan həddədir
Daxili siyasət12:32
Ağdam Dövlət Dram Teatrının direktoru vəzifəsindən azad olunub
Mədəniyyət siyasəti12:24
Foto
Lənkəranda müasir suvarma sistemlərinin təşviqi ilə bağlı interaktiv təlim proqramı başlayıb
ASK12:23
Azərbaycan və Qazaxıstan investisiya və süni intellekt əməkdaşlığını müzakirə edib
Biznes12:21
Permdə neft emalı zavodunda yanğın baş verib
Digər ölkələr12:14