Bakıda III Beynəlxalq Aqrar İnnovasiya Forumu keçiriləcək
- 28 aprel, 2026
- 12:12
Bakıda "Caspian Agro Week" - 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumunun üçüncü günündə, yəni mayın 7-də III Beynəlxalq Aqrar İnnovasiya Forumu keçiriləcək.
"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzində şöbə müdiri Sevda Hacıyeva Foruma həsr olunmuş mətbuat konfransında bildirib.
O, qeyd edib ki, forum Mərkəzin təşkilatçılığı ilə baş tutacaq və tədbir çərçivəsində bir neçə panel müzakirə təşkil ediləcək: "İlk panel müzakirə aqrar sahədə rəqəmsallaşma və süni zəka mövzusuna həsr ediləcək. Həmçinin forum çərçivəsində Afrika-Azərbaycan əməkdaşlıq imkanlarına dair panel müzakirə olacaq. Bu panel müzakirədə Afrikadan 11 ölkədən 60-dan artıq nümayəndə və iş adamı iştirak edəcək ki, onların iştirakı ilə aqrobiznes, qida sənayesi və eləcə də loqistika sahələrində əməkdaşlıq imkanları müzakirə ediləcək".