Azərbaycanın Gürcüstandan qoyun idxalına çəkdiyi xərci 65 % artıb
- 20 oktyabr, 2023
- 13:39
Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycana 14 milyon ABŞ dolları dəyərində qoyun (diri) ixrac edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən 65 % çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstanın qoyun ixrac etdiyi ölkələr (8) sırasında 1-ci yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrə 32 milyon ABŞ dolları dəyərində qoyun satıb ki, bu da bir il əvvəlki göstəricidən 88 % çoxdur.
O cümlədən, Gürcüstan Səudiyyə Ərəbistanına 8,9 milyon ABŞ dolları dəyərində, İraqa 5 milyon ABŞ dolları dəyərində, Küveytə 2,9 milyon ABŞ dolları dəyərində, Qətərə 704 min ABŞ dolları dəyərində qoyun ixrac edib.
Xatırladaq ki, 2022-ci ildə Gürcüstan xaricə 22,1 milyon ABŞ dolları dəyərində qoyun satıb ki, bunun da 12,4 milyon ABŞ dolları Azərbaycanın payına düşüb. 2021-ci illə müqayisədə Azərbaycanın Gürcüstandan diri qoyun tədarükünə çəkdiyi xərci 2,2 dəfə artıb.