Azərbaycanın çay idxalı ixracını 10 dəfədən çox üstələyib
ASK
- 22 may, 2019
- 07:48
Bu ilin yanvar-aprel aylarında Azərbaycan 2,658 mln. ABŞ dolları dəyərində 419 ton çay ixrac edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə məbləğ baxımından 556 min dollar (17,3%), həcm baxımından isə 58 ton (12,1%) ton azdır.
Eyni zamanda, bu ilin ilk dörd ayında Azərbaycan 16,688 mln. dollar dəyərində 4 377 ton çay idxal edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə məbləğ baxımından 817 min dollar (5,1%), həcm baxımından isə 242 ton (5,85%) çoxdur.
Hesabat dövründə çay ixracı Azərbaycanın ümumi ixracının 0,04%-ni, çay idxalı isə ölkənin ümumi idxalının 0,37%-ni təşkil edib. Bununla da, yanvar-aprel aylarında Azərbaycanın çay idxalı ixracını 10,4 dəfə üstələyib.
Son xəbərlər
04:05
Bab əl-Məndəb boğazından keçən gəmilərin sayı kəskin azalıb
Digər ölkələr03:41
Netanyahu Tehranın nüvə proqramı ilə bağlı məlumatları Trampa təqdim edəcək
Digər ölkələr03:17
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İKT02:50
ABŞ "qara siyahı"da olan bir sıra Rusiya təşkilatları barədə məlumatları yeniləyib
Digər ölkələr02:21
Qəza siqnalı verən ABŞ təyyarəsi Fars körfəzi üzərində uçuşları bərpa edib
Digər ölkələr01:45
Serbiyanın NIS şirkəti ABŞ-dan lisenziyanın uzadılması ilə bağlı qərarı gözləyir
Digər ölkələr01:18
Vuçiçi ölümlə təhdid edən şəxs saxlanılıb
Digər ölkələr00:58
Foto
Video
Ceyranbatanda binanın elektrik şaxtasında yanğın olub - YENİLƏNİB
Hadisə00:22