Azərbaycanda aqrar sektorda artım 2 %-ə yüksəlib

ASK
  • 12 may, 2026
  • 12:41
Azərbaycanda aqrar sektorda artım 2 %-ə yüksəlib

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 2 milyard 536,9 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 % çoxdur.

Xatırladaq ki, yanvar-mart aylarının yekununda aqrar sektor 1,1 % böyümüşdü.

Son 1 ildə ölkədə heyvandarlıq məhsullarının istehsalı 1,5 %, bitkiçilik məhsullarının istehsalı isə 7,6 % artıb.

Hesabat dövründə diri çəkidə 197,6 min ton ət, 701,6 min ton süd, 764,1 milyon ədəd yumurta, 1,6 min ton yun, 165,5 min ton tərəvəz və 45,8 min ton kartof istehsal olunub. 1 il əvvələ nisbətən tərəvəz istehsalı 12,1 %, ət istehsalı 2,7 % artıb, süd istehsalı eyni səviyyədə qalıb, yumurta istehsalı 4,3 %, kartof istehsalı 11,9 %, yun istehsalı 15,8 % azalıb.