Azərbaycan Türkiyədən taxıl və paxlalı idxalına çəkdiyi xərci 8 %-dən çox artırıb
- 13 dekabr, 2025
- 13:01
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 161,004 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumlar və onun məhsullarını idxal edib.
"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,4 % çoxdur.
Təkcə noyabrda Türkiyə Azərbaycana 18,952 milyon ABŞ dollarlıq taxıl, paxlalılar, yağlı toxumlar və onun məhsullarını ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 36 % çoxdur.
Türkiyənin taxıl, paxlalılar, yağl toxumları və onun məhsullarını ixracının ümumi dəyəri 11 ayda illik müqayisədə 3,7 % artaraq 11,167 milyard ABŞ dollarına, noyabrda isə 1,8 % azalaraq 1,038 milyard ABŞ dollarına enib.
Türkiyədən ən çox bu məhsulların idxalını İraq 1 milyard 576,52 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 17,6 % az), ABŞ 807,062 milyon ABŞ dolları (38,3 % çox) və Suriya 646 milyon ABŞ dolları (41,3 % çox) dəyərində həyata keçirib.