Azərbaycan Rusiya və Çindən çiyələk alışını bərpa edib

ASK
  • 31 oktyabr, 2023
  • 11:59
Azərbaycan Rusiya və Çindən çiyələk alışını bərpa edib

Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrə 25,46 milyon ABŞ dolları dəyərində 18 min 670 ton çiyələk və bağ çiyələyi (təzə) ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 44 %, kəmiyyət olaraq – 88 % çoxdur.

Azərbaycan Rusiyaya 24,72 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 43 % çoxdur) 18 min 99 ton (+87 %), Qazaxıstana 680,37 min ABŞ dolları dəyərində (+75 %) 545,22 ton (+98 %), Belarusa 60,69 min ABŞ dolları dəyərində (+5 dəfə) 25,5 ton (+89 %) və Səudiyyə Ərəbistanına 0,72 min ABŞ dolları dəyərində 0,12 ton (ilk dəfə tədarük olub) məhsul satıb.

Hesabat dövründə Azərbaycana 128 min ABŞ dolları dəyərində (+25 %) 53,7 ton (+32 %) çiyələk idxal edilib.

Azərbaycan Türkiyədən 97,62 min ABŞ dolları dəyərində (+13 %) 39 ton (+11,4 %), Rusiyadan 23,66 min ABŞ dolları dəyərində 14 ton və Çindən 6,5 min ABŞ dolları dəyərində 0,65 ton çiyələk alıb.

Azərbaycan 8 il 4 aylıq fasilənin ardından Çindən və 4 il 4 aydan sonra Rusiyadan çiyələk tədarükünü bərpa edib.