Azərbaycan Özbəkistandan ərik idxalını 5 dəfə artırıb

ASK
  • 07 iyun, 2024
  • 09:59
Azərbaycan Özbəkistandan ərik idxalını 5 dəfə artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycana 1,7 milyon ABŞ dolları dəyərində 465 ton qurudulmuş ərik idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4 % çoxdur, kəmiyyət olaraq – 1 % azdır.

Hesabat dövründə Azərbaycan Türkiyədən 804,65 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 14 % azdır) 152,78 ton (-32 %), Özbəkistandan 451,69 min ABŞ dolları dəyərində (+7 dəfə) 168,53 ton (+5 dəfə), İrandan 349,97 min ABŞ dolları dəyərində (-45 %) 99,99 ton (-52 %), Tacikistandan 87,2 min ABŞ dolları dəyərində 43,6 ton (bir il əvvəl tədarük olmayıb), Almaniyadan 0,1 min ABŞ dolları dəyərində (+11,1 %) 0,01 ton (dəyişməyib) məhsul idxal edib.

2023-cü ildə Azərbaycana 6 ölkədən idxal edilmiş 1 min 603 ton qurudulmuş əriyin 29,5 %-i İranın, 27,8 %-i Türkiyənin, 23,8 %-i Özbəkistanın payına düşüb.