Azərbaycan iki ölkədən ananas alışını kəskin artırıb
- 03 sentyabr, 2025
- 16:41

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 1,81 milyon ABŞ dolları dəyərində 1 428 ton ananas (təzə və yaxud qurudulmuş) idxal edib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 22 % çoxdur, kəmiyyət olaraq – 11 % azdır.
Hesabat dövründə Azərbaycan Kosta-Rikadan 1,38 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2 % az) 1 244 ton (-21 %), Tailanddan 282 min ABŞ dolları dəyərində (+5 dəfə) 69 ton (+5 dəfə), Çindən 88,1 min ABŞ dolları dəyərində (+11 dəfə) 68,4 ton (+34 dəfə), Panamadan 27,57 min ABŞ dolları dəyərində 23 ton (1 il əvvəl tədarük olmayıb), Belçikadan 24,5 min ABŞ dolları dəyərində 20,4 ton (1 il əvvəl tədarük olmayıb) məhsul alıb.
2024-cü ildə Azərbaycana idxal edilmiş 2 min 892 ton ananasın 98,2 %-i Kosta-Rikanın payına düşüb.