Azərbaycan iki ölkədən albalı və gilas alışını bərpa edib
- 18 sentyabr, 2025
- 15:48

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 20,81 milyon ABŞ dolları dəyərində 16 min 740 ton albalı və gilas ixrac edib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 16 %, kəmiyyət olaraq – 35 % azdır.
Azərbaycan Rusiyaya 20,66 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 25 % az) 16 min 624 ton (-35 %), Qazaxıstana 62 min ABŞ dolları dəyərində (-58 %) 76,8 ton (-51 %), Belarusa 29,7 min ABŞ dolları dəyərində (+58 %) 5,13 ton (-72 %), Bolqarıstana 28,21 min ABŞ dolları dəyərində 13,76 ton (1 il əvvəl tədarük olmayıb), Birləşmiş Ərəb Əmirliklərinə 21,3 min ABŞ dolları dəyərində (-69 %) 3,77 ton (-82 %) məhsul satıb.
Hesabat dövründə Azərbaycana xarici ölkələrdən 288,84 min ABŞ dolları dəyərində (+2 dəfə) 257,32 ton (+2,8 dəfə) albalı və gilas gətirilib.
Azərbaycan İrandan 145,64 min ABŞ dolları dəyərində (+3 dəfə) 107,88 ton (+3 dəfə), Rusiyadan 136,62 min ABŞ dolları dəyərində 148,66 ton (1 il əvvəl tədarük olmayıb), Çilidən 3,4 min ABŞ dolları dəyərində (-44 %) 0,42 ton (-45 %), Çindən 1,93 min ABŞ dolları dəyərində 0,24 ton, Argentinadan 0,92 min ABŞ dolları dəyərində (-8 %) 0,05 ton (-58 %) məhsul alıb.
Azərbaycan 7 il 5 aylıq fasilənin ardından Amerika Birləşmiş Ştatlarından (0,3 min ABŞ dolları dəyərində 0,01 ton) və 12 il 6 ayın tamamında Çindən tədarükü bərpa edib.