Azərbaycan Gürcüstana yerkökü və şalğam ixracını kəskin artırıb
- 07 avqust, 2024
- 13:16
Bu ilin yanvar-may aylarında Azərbaycan 677 min ABŞ dolları dəyərində 1 min 603 ton yerkökü və şalğam (təzə və soyudulmuş) ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 20 %, kəmiyyət olaraq – 10 % azdır.
Hesabat dövründə Azərbaycan Rusiyaya 479 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 34 % azdır) 1 min ton (-20 %), Ukraynaya 107,79 min ABŞ dolları dəyərində (-9 %) 331 ton (-22 %), Belarusa 37,77 min ABŞ dolları dəyərində 93,9 ton (bir il əvvəl tədarük olmayıb), Gürcüstana 30,69 min ABŞ dolları dəyərində (+3 dəfə) 124 ton (+3 dəfə) və Səudiyyə Ərəbistanına 21,54 min ABŞ dolları dəyərində 2 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.
2023-cü ildə Azərbaycandan 5 ölkəyə ixrac edilmiş 3 min ton yerkökü və şalğamın 66 %-i Rusiyanın payına düşüb.