Azərbaycan daha bir ölkəyə orqanik gübrə ixrac etməyə başlayıb

ASK
  • 06 sentyabr, 2023
  • 09:49
Azərbaycan daha bir ölkəyə orqanik gübrə ixrac etməyə başlayıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycana xarici ölkələrdən 1,73 milyon ABŞ dolları dəyərində 754 ton heyvan və bitki mənşəli gübrə gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 80 %, kəmiyyət olaraq – 59 % çoxdur.

Azərbaycan Türkiyədən 1,42 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3 dəfə çoxdur) 668,12 ton (+83 %), İtaliyadan 268 min ABŞ dolları dəyərində (-4 %) 44,83 ton (+80 %), Səudiyyə Ərəbistanından 33,67 min ABŞ dolları dəyərində 24,24 ton (bir il əvvəl tədarük olmayıb), Çindən 16,52 min ABŞ dolları dəyərində 13 ton (2 ildən sonra tədarük bərpa edilib), Almaniyadan 15 min ABŞ dolları dəyərində (+36 dəfə) 1 ton (+14,3 dəfə) məhsul alıb.

Hesabat dövründə Azərbaycan 487 min ABŞ dolları dəyərində (+11,4 %) 2 min 695 ton (+17 %) orqanik gübrə ixrac edib.

Azərbaycandan Gürcüstana 478,22 min ABŞ dolları dəyərində (+9,4 %) 2 min 689 ton (+16,7 %) və Rusiyaya 8,51 min ABŞ dolları dəyərində 5,67 ton məhsul göndərilib.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Rusiyaya tədarük həyata keçirilib.

2022-ci ildə Azərbaycandan xaricə (ancaq Gürcüstana) 4 min 812 ton orqanik gübrə ixrac edilib.