Azərbaycan Çindən gavalı alışını bərpa edib

ASK
  • 25 oktyabr, 2023
  • 11:10
Azərbaycan Çindən gavalı alışını bərpa edib

Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrə 4,1 milyon ABŞ dolları dəyərində 6 min 232 ton gavalı və göyəm ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 12,4 %, kəmiyyət olaraq – 41 % çoxdur.

Azərbaycan Rusiyaya 3,92 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 10,2 % çoxdur) 5 min 946 ton (+38 %), Qazaxıstana 126 min ABŞ dolları dəyərində (+5,2 dəfə) 226 ton (+3,5 dəfə), Ukraynaya 20 min ABŞ dolları dəyərində 36,44 ton (bir il əvvəl tədarük olmayıb), Belarusa 19,12 min ABŞ dolları dəyərində (-73 %) 11,77 ton (-71 %), Səudiyyə Ərəbistanına 9,3 min ABŞ dolları dəyərində 0,5 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.

Hesabat dövründə Azərbaycana 54 min ABŞ dolları dəyərində (-80 %) 11,14 ton (-81 %) gavalı və göyəm idxal edilib.

Azərbaycan Cənubi Afrika Respublikasından 38,98 min ABŞ dolları dəyərində (+30 %) 4,87 ton (+28 %), Türkiyədən 9,94 min ABŞ dolları dəyərində (-29 %) 5,5 ton (-38 %), İrandan 2,4 min ABŞ dolları dəyərində (-98,9 %) 0,48 ton (-99 %) və 2,24 min ABŞ dolları dəyərində 0,28 ton məhsul alıb.

Azərbaycan 2 il 6 aylıq fasilənin ardından Çindən gavalı və göyəm tədarükünü bərpa edib.