Azərbaycan Belarusa armud ixracını bərpa edib

ASK
  • 27 iyul, 2023
  • 06:47
Azərbaycan Belarusa armud ixracını bərpa edib

Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrə 1,25 milyon ABŞ dolları dəyərində 1 min 359 ton armud idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 26 %, kəmiyyət olaraq – 27 % azdır.

Azərbaycan Belçikadan 906 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 17 % azdır) 982,5 ton (-19 %), Cənubi Afrikadan 127,2 min ABŞ dolları dəyərində (-16 %) 140,3 ton (-17 %), Türkiyədən 107,9 min ABŞ dolları dəyərində (-57 %) 119,9 ton (-57 %), Niderlanddan 101,6 min ABŞ dolları dəyərində (+82 %) 112,8 ton (+82,2 %), Çilidən 2,5 min ABŞ dolları dəyərində 2,8 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.

Hesabat dövründə Azərbaycandan xarici ölkələrə 1 milyon ABŞ dolları dəyərində (+71 %) 1 min 528 ton (+95 %) armud göndərilib.

Azərbaycan Rusiyaya 964 min ABŞ dolları dəyərində (+59 %) 1 min 432 ton (+84 %), Belarusa 50,1 min ABŞ dolları dəyərində 37,1 ton, Qazaxıstana 23,2 min ABŞ dolları dəyərində (+9,5 dəfə) 57,8 ton (+8,7 dəfə), Səudiyyə Ərəbistanına 1,9 min ABŞ dolları dəyərində 0,5 ton (ilk dəfə tədarük olub), Birləşmiş Ərəb Əmirliklərinə 0,3 min ABŞ dolları dəyərində 0,2 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.

Azərbaycan 5 il 10 aylıq fasilənin ardından Belarusa armud tədarükünü bərpa edib.

2022-ci ildə Azərbaycandan (5 ölkəyə) ixrac edilmiş 4 min ton armudun 97,39 %-i Rusiyanın, 2,57 %-i Qazaxıstanın payına düşüb.