Azərbaycan Avstriyadan qarğıdalı alışını bərpa edib
- 19 sentyabr, 2025
- 17:06

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 14,1 milyon ABŞ dolları dəyərində 36 min 924 ton qarğıdalı (o cümlədən toxumluq) idxal edib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 28 %, kəmiyyət olaraq – 42 % azdır.
Hesabat dövründə Azərbaycan Rusiyadan 7,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 44 % az) 35 378 ton (-43 %), Türkiyədən 1,9 milyon ABŞ dolları dəyərində (-25 %) 691 ton (-20 %), Fransadan 1,5 milyon ABŞ dolları dəyərində (+2,9 dəfə) 276 ton (+2,9 dəfə), Macarıstandan 1,5 milyon ABŞ dolları dəyərində (+3,7 dəfə) 220 ton (+3 dəfə), Serbiyadan 858 min ABŞ dolları dəyərində (+6 %) 145 ton (+14 %) məhsul alıb.
Azərbaycan 5 il 8 aylıq fasilənin ardından Avstriyadan qarğıdalı tədarükünü (352 min ABŞ dolları dəyərində 67 ton) bərpa edib.
2024-cü ildə Azərbaycana idxal edilmiş 85,3 min ton qarğıdalının 97,7 %-i Rusiyanın payına düşüb.