Azərbaycan Argentina və Braziliyadan lobya tədarük etməyə başlayıb
- 23 sentyabr, 2025
- 16:11

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 55,2 min ABŞ dolları dəyərində 77,81 ton lobya (təzə və ya soyudulmuş) idxal edib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 29 %, kəmiyyət olaraq – 30 % azdır.
Hesabat dövründə Azərbaycan Türkiyədən 54 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 26 % az) 77,3 ton (-25 %), Argentinadan 0,5 min ABŞ dolları dəyərində 0,2 ton, Braziliyadan 0,3 min ABŞ dolları dəyərində 0,1 ton, Misirdən 0,3 min ABŞ dolları dəyərində 0,1 ton (1 il əvvəl tədarük olmayıb), İrandan 0,04 min ABŞ dolları dəyərində (-20 %) 0,07 ton (-59 %) məhsul alıb.
Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə Argentinadan və Braziliyadan tədarük həyata keçirilib.