Azərbaycan 4 ölkəyə pomidor ixracını bərpa edib
- 06 oktyabr, 2023
- 06:01
Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrə 124,2 milyon ABŞ dolları dəyərində 111 min 870 ton pomidor ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 7 %, kəmiyyət olaraq – 0,3 % azdır.
Hesabat dövründə Azərbaycan Rusiyaya 120,3 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 7 % azdır) 109 min 549 ton (+0,1 %), Belarusa 2,24 milyon ABŞ dolları dəyərində (-40 %) 953,55 ton (-55 %), Polşaya 1,3 milyon ABŞ dolları dəyərində (+5,3 dəfə) 882 ton (+5,4 dəfə), Ukraynaya 299 min ABŞ dolları dəyərində (+34 %) 374 ton (+27 %), Moldovaya 46,14 min ABŞ dolları dəyərində 52,8 ton məhsul satıb.
Azərbaycan 7 ilin tamamında Səudiyyə Ərəbistanına (13 min ABŞ dolları dəyərində 2,5 ton), 1 il 8 aydan sonra Qətərə (1,3 min ABŞ dolları dəyərində 0,5 ton), 1 il 3 aylıq fasilənin ardından Qazaxıstana (12,4 min ABŞ dolları dəyərində 15,5 ton) və 1 il 5 aylıq aradan sonra Moldovaya pomidor tədarükünü bərpa edib.
2022-ci ildə Azərbaycandan (11 ölkəyə) ixrac edilən 141,42 min ton pomidorun 97,3 %-i Rusiyanın payına düşüb.