ASK: Aqrar sektorun inkişafında subsidiya mexanizmləri həlledici rol oynayır
- 17 dekabr, 2025
- 13:20
Azərbaycanda aqrar sektorun inkişafında subsidiya mexanizmləri həlledici rol oynayır.
"Report" xəbər verir ki, bunu Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) baş katibi Ziya Hacılı Aqrar Biznes Festivallarına həsr olunmuş yekun tədbirdə bildirib.
"Azərbaycanda dövlət aqrar sahədə sahibkarlığın inkişafına birbaşa müdaxilə etmir, əksinə, biznesin formalaşması və genişlənməsi üçün əlverişli şərait yaradır. Dövlət yalnız tənzimləyici rolunu oynayır, sahibkarların biznes fəaliyyətinə qarışmır, sadəcə şərait yaradır. Nəticədə aqrobiznes festivallarında dəyəri 8 milyon manatdan artıq olan müqavilələr imzalanıb və bu prosesdə biznes tərəfdaşlığı əsas rol oynayır. Aqrar sektorun inkişafı bir çox ölkələrdə dövlət siyasətinin tərkib hissəsidir. Aqrar sahə yalnız biznes deyil, eyni zamanda strateji və siyasi məsələdir. Bu yanaşma Azərbaycanda da tətbiq olunur", - deyə o qeyd edib.