ADB Azərbaycanı iqlim fəaliyyətində regional lider kimi nəzərdən keçirir

ASK
  • 06 may, 2026
  • 10:11
ADB Azərbaycanı iqlim fəaliyyətində regional lider kimi nəzərdən keçirir

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanı iqlim fəaliyyəti, rəqəmsal texnologiyalar və bazaryönümlü kənd təsərrüfatının inteqrasiyası kimi sahələrdə regional lider kimi nəzərdən keçirir.

"Report" xəbər verir ki, bunu ADB-nin Kənd Təsərrüfatı, Qida, Təbiət və Kənd Yerlərinin İnkişafı Sektoru Ofisinin direktoru Jiangfeng Zhang Bakıda "Caspian Agro Week" çərçivəsində keçirilən V Aqrobiznesin İnkişafı Forumunda bildirib.

Onun sözlərinə görə, Azərbaycan kənd təsərrüfatını artıq yalnız ilkin istehsalla nəzərən keçirmir: "O, bu sahədə strateji baxışı ilə aqrar-ərzaq sistemini iqtisadi diversifikasiya, ixrac rəqabətqabiliyyətliliyi və inklüziv kənd inkişafı istiqamətlərində əsas hərəkətverici qüvvə kimi görür. Azərbaycan kənd təsərrüfatını müasir, innovasiyaya əsaslanan sektor kimi qəbul edir".

O vurğulayıb ki, ADB Azərbaycanı yalnız innovasiyanın benefisiarı kimi deyil, bu istiqamətdə regional lider kimi nəzərədən keçirir: "Xüsusilə iqlim fəaliyyəti, rəqəmsal texnologiyalar və bazaryönümlü kənd təsərrüfatının inteqrasiyası kimi sahələrdə. ADB investisiyalar, bilik həlləri və regional əməkdaşlıq vasitəsilə Azərbaycanın aqrar-ərzaq sektorunu dəstəkləməyə qətiyyətlə sadiq qalır".